“İmişli”nin futbolçusu Vüsal Qənbərovun son durumu açıqlanıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,“Kəpəz”lə oyunda zədələnən futbolçunun aşağı ətraf sümüklərində sınıq aşkarlanıb. 

Hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və immobilizasiya tədbirləri həyata keçirilib.

Hazırda Vüsalın vəziyyəti stabil qiymətləndirilir. Əməliyyatı oktyabrın 27-də planlaşdırılır.