AZ

Banklar bu təhlükəyə qarşı birləşir: Şübhəli əməliyyatlar aşkarlandıqda...

“Gələcəkdə hər hansı bankda baş verəcək kibertəhlükəsizliklə bağlı insident təkcə həmin bankın problemi kimi qiymətləndirilməyəcək. Belə hallar dərhal Mərkəzi Banka ötürüləcək və hadisələr mərkəzləşdirilmiş şəkildə təhlil edilərək bütün banklara çatdırılacaq”. Bu fikirlər Mərkəzi Bankın İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlıya məxsusdur.

“Vaxtında sektora xəbərdarlıq şəklində təqdim ediləcək”

Qurum rəsmisi Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib ki, Mərkəzi Bank daxilində yaradılan “FinCERT” funksiyası vasitəsilə insidentlər toplanacaq, texniki və risk yönümlü analiz aparılacaq, nəticələr isə vaxtında sektora xəbərdarlıq şəklində təqdim ediləcək. Bu mexanizm bank sektorunda oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq, risklərin yayılmasını məhdudlaşdırmaq və operativ müdaxilə imkanlarını gücləndirmək məqsədi daşıyır. E.Eyvazlı bildirib ki, Daxili İşlər Nazirliyindən daxil olan vətəndaş şikayətləri əsasında pulların harada yerləşdiyi araşdırılır və zərurət yarandıqda həmin vəsaitlərin dondurulması üçün tədbirlər görülür.

Seçilən
68
publika.az

1Mənbələr