AZ

Məşhur futbolçunun evindən bahalı saatları oğurlandı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya millisi və “Real Madrid” futbol klubun sabiq qapıçısı İker Kasillasın Madriddəki evindən beş bahalı saatı oğurlanıb. 

Globalinfo.az xəbər verir ki, ispan polisi oğurluğu həyata keçirən cütlüyü həbs edib.

Məlumata görə, cütlük uzun müddət onun evində işləyib, kişi mühafizəçi, qadın isə xadimə olub. Onlar orjinal saatları replikaları ilə əvəz etdikləri üçün ilk başda oğurluq ortaya çıxmayıb.

Məlumata görə, hər birinin dəyəri 50 min avrodan çox olan “Rolex” saatları oğurladıqdan sonra onları parçalara ayıraraq satıblar.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
globalinfo.az

1Mənbələr