AZ

Ölkədə heyvan bazarları qapadıldı ətin qiyməti bahalaşdı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən heyvan bazarları müvəqqəti olaraq bağlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamasına görə, bir sıra ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu hal region dövlətləri, o cümlədən Azərbaycan üçün real risk yaradır. Qərara əsasən, bu müddətdə heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq.

Bəs görülən bu tədbirlərdən sonra ətin qiymətində artım müşahidə olunacaqmı?

Globalinfo.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli ətin qiymətinin artıq artmağa başladığını bildirib:

“Ətin qiymətində artım indidən özünü göstərir, yəni xəbərin özü belə bazara təsir edib. Əgər xəstəlik geniş yayılarsa və bir çox rayonlarda heyvanların tələf olmasına səbəb olarsa, bunun orta və uzun müddətli təsirləri qaçılmaz olacaq”.

Natiq Cəfərli

İqtisadçı əlavə edib ki, ölkədə heyvan sayı azalacaq:

“Yayılan xəstəlikdən sonra iribuynuzlu mal-qaranın sayı daha da azalacaq. Nəticədə sürətlə artan ət qiymətlərinin yaxın aylarda daha da yüksəlməsinin şahidi ola bilərik”.

Qeyd edək ki, tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
1
globalinfo.az

2Mənbələr