AZ

Bakıda böyük tədbir Türkiyə razı deyil, etiraz edir...

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa Ravvinləri Konfransının Bakıda keçirilməsi “Xəzər asayişi” Alyansının yaradılmasının xəyal olmadığını, əksinə, zamanın tələbi olduğunu təsdiqləyir.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib.

“Azərbaycanda ilk dəfə keçiriləcək konfransda Avropadan yüzlərlə ravvinin iştirakı gözlənilir. İran və Türkiyədən yüksələn etirazlara baxmayaraq, bu elə bir tədbirdir ki, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyini önəmli şəkildə gücləndirəcək. Ona görə də Azərbaycan hökmən bu konfransa ev sahibliyi etməli, tədbirin ən yüksək səviyyədə keçməsinə nail olmalıdır”, - o bildirib.

Qeyd edək ki, tədbirin noyabrın 3-6-da keçirilməsi nəzərdə tutulur.

Asena,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
www.bakupost.az

1Mənbələr