NTD komandası amerikalı basketbolçu Langdon Hattonu transfer edib. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, forvard mövqeyində çıxış edən 23 yaşlı basketbolçu ilə birillik müqavilə imzalanıb. 

Hatton son olaraq Litvanın “Jonava” klubunun şərəfini qoruyub.