AZ

London Moskvaya xəbərdarlıq edib

AzVision.az bildirir ki, BBC-yə istinad edən “RBK-Ukrayna” telekanalnın məlumatına görə, Böyük Britaniyanın Müdafiə naziri Con HiliKral Hərbi Hava qüvvələrinni və Kral Donanmasının Şimali Atlantikada Rusiyanın hərəkətlərini izlədiyi barədə Moskvaya xəbərdarlıq ünvanlayıb.

“Biz sizin sualtı qayıqlarınıza qarşı ov aparırıq. Britaniya sularını təhdid edən Rusiya gəmilərinin sayı 30% artıb. Bu, təkcə Ukraynaya deyil, Avropaya da təsir edən “bütün ərazi üzrə Rusiyanın təcavüzü”nün artmasından xəbər verir”,- britaniyalı nazir Rusiya prezidenti Vladimir Putinə mesajında vurğulayıb.

Kral Hərbi Hava qüvvələri (HHQ) və Kral Donanması Rusiya sualtı qayıqlarının ən aktiv olduğu Şimali Atlantikada mövcudluğunu gücləndirib. HHQ, demək olar ki, hər gün, bəzən gecə-gündüz və çox vaxt digər NATO müttəfiqlərinin dəstəyi ilə missiyalar yerinə yetirir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
26
1
azvision.az

2Mənbələr