ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-yə etdiyi səfərin detalları ilə bağlı açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, Kirill Dmitriyev “X” sosial media platformasında paylaşım edərək bildirib:
“Rusiya-Amerika dialoqunu davam etdirmək üçün ABŞ-yə gəldim”.O qeyd edib ki, bu səfər “Amerika tərəfinin dəvəti ilə bir müddət əvvəl planlaşdırılıb:
“İki ölkə arasında belə bir dialoq bütün dünya üçün həyati əhəmiyyət daşıyır və Rusiyanın mövqeyinin tam anlaşılması, milli maraqlarına hörmət göstərilməsi ilə davam etməlidir”.
Səfər çərçivəsində Kirill Dmitriyevin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stefan Vitkoff ilə 25 oktyabrda görüşəcəyi bildirilib. Bu görüş “Axios” və “CNN” kimi beynəlxalq media qurumları tərəfindən də təsdiqlənib.
Kirill Dmitriyevin ABŞ-yə səfəri, Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan Budapeşt sammitinin təxirə salınmasının fonunda baş tutur.Amerika tərəfi sammitin “uyğun olmadığını” iddia edərkən, Kremlin görüşün “ləğv edilmədiyini, sadəcə təxirə salındığını” açıqlamışdı.
Bu diplomatik təmas, ABŞ-nin Rusiyanın neft şirkətləri olan “Lukoıl” və “Rosneft”ə qarşı yeni sanksiyalar tətbiq etməsindən dərhal sonra baş verir.ABŞ Maliyyə Naziri Skott Bessent sanksiyaların səbəbini “Putinin Ukrayna danışıqlarında dürüst olmaması” ilə izah edib.
Buna baxmayaraq, ABŞ Dövlət katibi Marko Rubio “Vaşinqtonun Moskva ilə dialoqa açıq olduğunu” təsdiqləyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.