AZ

Bakıda piyada motosikletçiyə təpik atdı Təhlükəli anlar kameraya düşdü VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Yasamal rayonu, Əbdürrəhim Haqverdiyev küçəsində — Musabəyov parkının yaxınlığında qəribə və təhlükəli hadisə baş verib.

Avtosfer.az xəbər verir ki, motosiklet hərəkətdə olarkən yolun ortasında, piyada zolağı olmayan ərazidə qoşa xəttdə dayanmış iki nəfərlə qarşılaşıb. Onlardan biri motosiklet yaxınlaşan anda qəfildən yola çıxaraq sürücüyə təpik atıb. 

Xoşbəxtlikdən motosikletçi idarəetməni itirməyib və yüngülcə yan keçərək qəzanın qarşısını alıb. O, hadisədən dərhal sonra geriyə dönərək piyada ilə mübahisə edib və ona bu davranışın təhlükəli olduğunu bildirib.

Eltac

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
avtosfer.az

1Mənbələr