
Tərkibi:- 1 ədəd bütöv toyuq (1–1.5 kq) - 1 baş iri soğan (suyunu çıxarmaq üçün) - 2–3 diş sarımsaq - 1 çay qaşığı duz - ½ çay qaşığı qara istiot - ½ çay qaşığı qırmızı bibər - 1 xörək qaşığı xama və ya mayonez - 3 xörək qaşığı duru yağ Hazırlanması:1. Toyuğun hazırlanması: - Toyuğu belindən kəsərək iki yerə açın. - Ət çəkici ilə döyərək eyni qalınlıqda edin.2. Soğan marinadı: - Soğanı sürtgəcdən keçirin və suyunu sıxın. - Toyuğu soğan suyuna qoyub, 1 saat soyuducuda saxlayın. - Bu mərhələ ətə yumşaqlıq və xoş dad verir.3. Ədviyyatlı qarışım: - Sarımsağı əzin, duz, istiot, qırmızı bibər, xama və ya mayonezlə qarışdırın. - Soğan suyundan çıxarılmış toyuğun hər tərəfinə bu qarışımı sürtün. - Əlavə 1 saat da saxlasanız, daha ləzzətli olar.4. Bişirmə: - Sobanı 180°C-yə qədər qızdırın. - Toyuğu yağlanmış soba listinə yerləşdirin. - 35–40 dəqiqə bişirin, üzəri qızarana qədər.Reseptlərinizi [email protected] ünvanına göndərin, dadlı sirləriniz saytda yayımlansın!R.Daşdəmirova
Diqqət Çəkənlər
Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
Ağstafada musiqi müəllimi dərs zamanı vəfat edib VİDEO
Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi