AZ

Kriştiano Ronaldo “Əl-Nəsr”in 70 illiyini təbrik etdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo komandaya ad günü münasibətilə təbrik mesajı ünvanlayıb.

90deqiqe.Az xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşıb.

“Əl-Nəsr, ad günün mübarək! Tarix davam edir. İndi biz əvvəllərkindən daha güclüyük.”

Qeyd edək ki, “Əl-Nəsr” bu il 70 yaşını qeyd edir. Klub 23 oktyabr 1955-ci ildə təsis olunub.Portuqaliyalı futbolçu komandada 2023-cü ilin yanvarından çıxış edir, hazırkı müqaviləsi isə 2026/2027 mövsümünün sonunda başa çatacaq.

Seçilən
53
90deqiqe.az

1Mənbələr