Tələbə hansı halda universiteti məhkəməyə şikayət edə bilər?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Vəkil Esmira Rzayeva açıqlama verib.

“Bəli, tələbə oxuduğu universiteti məhkəməyə verə bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, ali təhsil müəssisələri hüquqi şəxs statusuna malikdir və onların fəaliyyətindən zərər çəkmiş fiziki şəxslər (o cümlədən tələbələr) öz hüquq və maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məsələn, tələbənin təhsil haqqının əsassız artırılması, qiymətləndirmədə haqsızlıq, intizam tənbehlərinin qanunsuz tətbiqi və ya təhsil hüququnun pozulması hallarında məhkəmə müraciəti mümkündür.
Tələbənin universiteti məhkəməyə verməsi əsasən universitetin və ya onun rəhbərliyinin qanunları, müqavilə şərtlərini və ya tələbənin hüquqlarını pozması halında mümkündür.