31 oktyabr – 2 noyabr tarixlərində Bakıda “Bakıya Uçuş.İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (Fly to Baku. ArtWeekend. Sense the Future NOW) adlı möhtəşəm incəsənət festivalıkeçiriləcək. Festival incəsənət, mədəniyyət və ekologiyanıbirləşdirən genişmiqyaslı layihədir.
Trend xəbər verir ki, layihə Heydər ƏliyevFondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, AzərbaycanMədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir.Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondununvitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq vəkəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqətokeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dilivasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın,yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su –davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “ArtWeekend”in əsas elementi seçilib.
Festival çərçivəsində keçiriləcək tədbirlərdən biri Maqsudİbrahimbəyov Yaradıcılıq Mərkəzində baş tutacaq. Burada “Püstəağacı: yaddaşın kökləri” (“Püstə ağacı: Üç həyat damlası / ThePistachio Tree: Three Drops of Life”) adlı multidissiplinar layihətəqdim olunacaq.
Xalq yazıçısı, Dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun(1935–2016) hekayəsi əsasında hazırlanan tamaşa insan və ağachaqqında dözümlülük, yaddaş və ümid rəmzi olan bir hekayənidanışır. Bu, kök, zaman və insanın daxili işığını qorumaq bacarığıhaqqında bir hekayədir.
Monospektakldə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov çıxışedəcək.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Annaİbrahimbəyova qeyd edib:
“Layihə üç elementi — incəsənət, ənənə və təbiəti birləşdirərəkvahid bədii məkan yaradır. Burada keçmiş və gələcək püstə ağacısimvolunda qovuşur — bu ağac az su olan yerlərdə belə yaşamağı vəçətin şəraitdə həyatı qorumağı bacarır.
Ədəbiyyatı, ənənələri və ekologiyanı bir araya gətirən "Püstəağacı: yaddaşın kökləri" layihəsi bu ideyanı ifadə edir: Keçmişinmədəniyyətini qoruyaraq, biz gələcəyin təbiətinə cavabdehik".
“Püstə" xalçası, “Azərxalça” ustaları tərəfindən toxunaraq,mədəni köklərin və milli ənənələrin obrazı kimi təqdim olunacaq.Onun naxışları hekayənin mövzusu ilə səsləşərək ədəbiyyat,sənətkarlıq və Azərbaycan mədəniyyətini birləşdirəcək.
Bundan əlavə, İçərişəhərdə Maqsud İbrahimbəyov YaradıcılıqMərkəzinin qarşısında püstə ağacı əkiləcək. Bu ağac — təbiətə vəsuya qayğı ilə yanaşmanın canlı rəmzidir. Bu jest, bədii ideyanıəmələ çevirərək, insanı, incəsənəti və təbiəti eyni nəfəsdəbirləşdirəcək.