Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında qalmaqal baş verib.
Qalmaqal Fəzail Ağamalının iki övladı – deputat qızı Günay Ağamalı və oğlu Elçin Ağamalının partiya sədrliyi üçün namizədliyini irəli sürməsi nəticəsində qeydə alınıb.
Hazırkı sədr F.Ağamalı Günay Ağamalının namizədliyini dəstəkləyib. Elçin Ağamalı isə qurultay iştirakçılarının ona səs verdiyini bildirib. Bundan sonra tərəflər arasında gərginlik yaşanıb.
KONKRET.az teleqraf-a istinadən qurultaydakı həmin anın görüntülərini təqdim edir: