AZ

Krımla bağlı SENSASİYA: Merkel Ukraynadan bunu xahiş edibmiş

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Almaniyanın keçmiş kansleri Angela Merkel 2014-cü ildə Rusiyanın Krıma hücumu zamanı Ukraynadan hərbi müqavimət göstərməməyi xahiş edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinin keçmiş baş komandanı və ölkənin NATO-dakı nümayəndəsi olmuş Yonas Vitautas Zukasın kitabında qeyd edilib. 

Zukasın sözlərinə görə, o, Krımın işğalı zamanı Kiyevdə olub və Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovla görüşüb. Zukas Turçinovun məhz Merkelin xahişi ilə Ukraynanın müqavimət göstərmədiyini söylədiyini bildirib. 

Keçmiş kanslerin ofisi bu iddialara münasibət bildirməkdən imtina edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
globalinfo.az

1Mənbələr