"Mənə Qurbanın özü də güzəşt edirdi. Biz "Qarabağ"da kubok alanda - məsələn, səhərlər deyirdi ki, eybi yox, qoy dincəlsin, işiniz olmasın".
Ölkə.Az xəbər verir ki, bu sözləri keçmiş futbolçu Zaur Ramazanov verilişlərin birinə müsahibəsində deyib.
O, jurnalistin "Qurban Qurbanovun belə məşqçi olacağı hiss olunurdu?" sualına belə cavab verib:
"Üzərində çalışırdı. Məsələn, məşqlərində görürdün ki, nəysə etmək istəyir. Bəlkə də, kuboku ala bilməsəydik, başqa cür olardı. Qurbanı çox adam istəmirdi. Elə oyun olurdu ki, azarkeşlər hər dəfə "istefa" qışqırırdı. Amma özü ona inanırdı ki, nəyəsə nail olacaq".
Qeyd edək ki, Zaur Ramazanov 2008-2009 mövsümlərində "Qarabağ"ın heyətində oynayıb.