AZ

"Bu fikirlər çoxdan başlamışdı..." - Aygün Kazımova

"Bu fikirlər çoxdan başlamışdı..." - Aygün Kazımova"Deyirlər, şou-biznesdə birlik yoxdur. Amma görün necə gözəl oldu. Elə bir layihə olmalıdır ki, orada birlik olsun. Komandama, albom üzərində çalışan hər kəsə minnətdaram. Prodüserim Ruslan Ağayev bunu mənə hədiyyə etdi. Hələ bu harasıdır. Nə qədər müğənni qaldı. Düşünürəm ki, gələcəkdə "Best of Aygün 2" albomu edə bilərik".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Best of Aygun - Alla stars" albomu haqda fikirlərini bölüşərkən deyib. "Afaqla 10-lar" proqramına açıqlama verən Pop kraliça təəssüratlarını bölüşüb:

"Bu fikirlər çoxdan başlamışdı. Oturduq düşündük ki, repertuarına ən çox müraciət olunan müğənniyəm. Düşündüm ki, niyə olmasın? Normal albomluq mahnı var idi. Gördük 10-u keçdi, 15-ə yaxınlaşdı. Sonra say daha da artdı. Nəticədə qərar verdik ki, bunu layihə halına gətirək.

Burada 1990-cı illərin mahnıları yer aldı. Məni Aygün edən bəstəkarların bəstələri idi. Bizim peşəkar, çox önəmli musiqi, əməkdar və incəsənət xadimlərimiz, şairlərin sözlərinə yazılmış mahnılardır. Oxumaq istəyən dostlarımız üçün şərait yaratdıq. Müğənnilərin hamısının janrı bir-birindən seçilir. Mənim də repertuarımdakı mahnılar bir səpkidə deyil. Hər bir ifanı bəyəndim. Heç bir ifa təkrar olmadı. Hər kəs öz xasiyətində, xüsusiyətində oxudu.

Özəl bir layihə idi. Gənc ifaçıları xüsusi vurğulayıram. Elə bil üçüncü nəslin enerjisini qatmışdılar. Onlar daha həvəsli idi".

Seçilən
12
2
big.az

3Mənbələr