AZ

"Hakimlər Komitəsinin sədrinin bu barədə nə deyəcəyini bilmirəm..." - Valdas Dambrauskas

"Sabah" Misli premyer-liqasının 9-cu tur matçında "Araz-Naxçıvan"la heç-heçə etdi - 2:2.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi oyunsonrası mətbuat konfransında matç haqda danışdı:
"Çox çətin oyun oldu. Birinci hissədə topa daha çox nəzarət etdik və rəqibə fürsət vermədik. Qol epizodlarını qaçırdıq. Bəzi hücumları daha yaxşı bitirə bilərdik. İkinci yarının ilk 5 dəqiqəsi xoşuma gəlmədi. Çox top itirdik. Sanki yatmışdıq. Sonra daha açıq oyunun şahidi olduq. Yaxşı fürsətləri dəyərləndirə bilmədik. Sonda mənim futbolçuma qarşı fol edildi. Ancaq bizə qarşı cərimə zərbəsi təyin edildi. Hakimlər Komitəsinin sədrinin bu barədə nə deyəcəyini bilmirəm..."
KƏNAN BAHADIR
Seçilən
83
1
football-plus.az

2Mənbələr