AZ

“Diqqətimizi oyuna yönəltməliyik”

“Real”ın baş məşqçisi Xabi Alonso mətbuat konfransında bir neçə dəfə “Barselona”nın hücumçusu Lamin Yamalın açıqlamaları ilə bağlı suallara cavab verib. 

90deqiqe.Az-ın məlumatına görə, Alonso jurnalistlərə açıqlamasında deyib:

“Yenə bundan danışırıq? Düşünürəm ki, qarşıda gərgin və çətin bir oyun var. Komandamız buna hazır olmalıdır, çünki oyun zamanı müxtəlif situasiyalar yaranacaq. Oyunçular buna hazır olmalıdır. Mən başqa şeyləri düşünmürəm.”

Qeyd edək ki, 18 yaşlı futbolçu əvvəlcə bildirmişdi ki, “kremli”lər şikayət edir və fırıldaq edirlər.

Hazırda La Liqanın 9 turundan sonra “Real” 24 xalla birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb. Qarşıdakı qarşılaşma oktyabrın 26-da, 10-cu tur çərçivəsində baş tutacaq.

Seçilən
33
90deqiqe.az

1Mənbələr