AZ

3 qardaş həlak oldu Qətliam kimi QƏZA

ain.az, Lent az portalına istinadən məlumat verir.

Türkiyədə 3 qardaşın ölümü ilə nəticələnən ağır yol qəzası olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aksaray rayonunun Sokarıklı kəndində baş verib.

35 yaşlı Azmi Çıracının idarə etdiyi minik avtomobili Həsən Solakın idarə etdiyi yük avtomobili ilə toqquşub. Nəticədə Azmi Çıracı və avtomobildə sərnişini olan 2 qardaşı – 33 yaşlı Saleh ilə 23 Tamer ölüblər.

Qəzada heç bir xəsarət almayan digər sürücü isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Həmçinin məlum olub ki, Azmi Çıracının oğlu 16 yaşlı Ruhi Can Çıracı da 6 gün əvvəl qəza olan yerdən 50 metr aralıda faciəvi şəkildə ölüb. Belə ki, işlədiyi mebel sexində onun üstünə iri taxta düşüb. Nəticədə yeniyetmə ölüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
lent.az

1Mənbələr