Beyləqanda 17 yaşlı qız qazdan boğulub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün günün ikinci yarısı Beyləqanda 2008-ci il təvəllüdlü Babayeva Günel Samir qızı qazdan boğulma diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər göstərdikləri təcili tibbi yardım sayəsində G.Babayeva həyatı təhlükədən xilas edilib.
İlkin məlumata görə, G.Babayevanın qazdan boğulmasına səbəb qaz sobasının üzərində olan çay daşıb yaban qazı söndürməsi olub.
Faktla bağlı araşdırma başlanıb