BAKI, 25 oktyabr. TELEQRAF
Dağıstan kikboksinq üzrə milli komandasının keçmiş məşqçisi Əhməd Əhmədova qarşı Ukraynada Rusiya Silahlı Qüvvələrinə qarşı silahlı münaqişədə iştirak etdiyinə görə cinayət işi açılıb.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.
Əhmədov 205.5-ci maddəsinin 2-ci hissəsi (terror təşkilatının fəaliyyətini təşkil etmə və belə təşkilatın fəaliyyətində iştirak etmə) ilə ittiham olunur.
2023-cü ildə Əhmədova qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.