ABŞ dövlət katibi Marko Rubio Qəzzada təhlükəsizliyi təmin edəcək, atəşkəs prosesini davam qotuyacaq və humanitar yardım çatdıracaq beynəlxalq sülhməramlı qüvvələrin yaradılması səylərinin davam etdirildiyini bildirib.
Qəzza zolağına sülhməramlı qüvvələrə hansı ölkələrin cəlb ediləcəyi sualını cavablandıran Rubio bir çox ölkənin sülhməramlı qüvvələrdə iştirak etmək istədiyini vurğulayıb. Anca o, ölkə adı çəkməyib və bildirib ki, sözügedən qüvvələr hələlik yaradılmayıb və işlər davam edir: "Kimin təkliflər təqdim etdiyini və kimin veto edildiyini deməyəcəyəm. Biz buna toxunmayacağam. Bu qüvvənin hər bir üzvü həm bacarıqlı, həm də istəkli olmalıdır. Eyni zamanda İsrail də daxil olmaqla, hər kəsin özünü rahat hiss etdiyi ölkələr olmalıdır."
TAHİR