AZ

Tramp ABŞ Hərbi Dəniz Qüvvələrini "Qızıl Donanmaya" çevirmək istəyir

BAKI, 25 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrini yeniləmək və onu “Qızıl Donanma”ya çevirmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.

Onların mənbələrinə görə, Ağ Ev və Hərbi Dəniz Qüvvələrinin rəsmiləri mövcud donanmanın Çinə və potensial təhlükələrə qarşı daha qadir olan yenisi ilə əvəzlənməsi imkanlarını müzakirə edirlər. Nəşr qeyd edir ki, müzakirələr ilkin mərhələdədir və Tramp iştirak edir.

Qəzet qeyd edir ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələri əsasən esmineslərdən, kreyserlərdən, təyyarədaşıyanlardan, sualtı qayıqlardan və amfibiya gəmilərindən ibarətdir. “Qızıl Donanma”ya uzaqmənzilli raketlərlə silahlanmış bir sıra iri hərbi gəmilərin daxil olacağı gözlənilir. Bundan əlavə, Ağ Ev və Pentaqon hipersəs raketləri daşıya bilən yeni, ağır zirehli gəmi yaratmaq üçün danışıqlara başlayıb. Vaşinqton donanmaya 280-300 gəmi, eləcə də “çox sayda pilotsuz gəmi” daxil edəcəyini gözləyir. Qəzet bu plan və ya onun dəyəri üçün vaxt qrafiki təqdim etmir.

Seçilən
81
2
teleqraf.com

3Mənbələr