
Anar Bağırov: Arbitraj institutu biznes mühitinin inkişafında mühüm rola malikdir“Azərbaycan Arbitraj Günləri 2025” çərçivəsində keçirilən beynəlxalq konfransın ikinci günündə Vəkillər Kollegiyasının sədri Anar Bağırov arbitraj sahəsində mütərəqqi hüquqi çərçivənin yaradılmasının əhəmiyyətindən danışıb. O vurğulayıb ki, hər bir dövlət arbitrajı inkişaf etdirmək üçün ilk növbədə daxili qanunvericiliyini formalaşdırmalı, daha sonra isə beynəlxalq konvensiyalar və mexanizmlərlə onun tanınmasına nail olmalıdır. Sədr qeyd edib ki, Vəkillər Kollegiyası bu sahədə mühüm addımlar atıb, biznes hüququ üzrə ixtisaslaşan vəkilləri birləşdirən Biznes Hüququ Komitəsinin təsis edilməsi və arbitrajla bağlı bir sıra təlim və seminarların təşkili bu istiqamətdə görülən işlərdəndir. Bağırov bildirib ki, Azərbaycan vəkillərinin beynəlxalq arbitraj proseslərində peşəkar təmsilçiliyini artırmaq və ölkənin biznes mühitini daha da gücləndirmək üçün Bakı Arbitraj Mərkəzi və digər qurumlarla əməkdaşlıq genişləndirilir. Tədbir panel müzakirələrlə davam edib.Ulusum.az
Diqqət Çəkənlər
Ağstafada musiqi müəllimi dərs zamanı vəfat edib VİDEO
Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi