ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ukrayna gələn ilin əvvəlində ilk “Qripen” qırıcı təyyarələrini almağı düşünür.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqramda məlumat verib.
O bildirib ki, İsveçlə birlikdə Ukrayna döyüş aviasiyasını əhəmiyyətli dərəcədə artıracaq.
"İsveçlə Qripen qırıcı təyyarələri ilə bağlı razılaşma tarixi bir addımdır və yaxşı seçimdir. Ukrayna üçün bu təyyarələrdən 150-ni almağı düşünürük və ilk təyyarələr gələn il gəlməlidir", - deyə dövlət başçısı qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.