ABŞ Prezidenti Donald Tramp yeni hərbi-dəniz donanması formalaşdırmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Bu təşəbbüs artıq ABŞ Hərbi Dəniz Qüvvələri dairələrində qeyri-rəsmi olaraq “qızıl donanma” adlandırılır.
Məlumata əsasən, yeni donanmanın tərkibinə həm uzaq mənzilli raketlərlə gücləndirilmiş iri döyüş gəmiləri, həm də korvet kimi daha kompakt gəmilər daxil olacaq.
Hazırda ABŞ donanmasında əsasən esmineslər, kreyserlər, aviadaşıyıcılar, desant gəmiləri və sualtı qayıqlardan ibarət olmaqla ümumilikdə 287 gəmi mövcuddur. Bununla yanaşı, yeni tip freqatların hazırlanması üzərində də iş aparılır.
 
                        