AZ

Almaniya Bundesliqası: Bavariya üç xalı üç qolla aldı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Almaniya Bundesliqasının 8-ci turunda "Borussiya" (Münhenqladbax) evdə "Bavariya"nı qəbul edib.

Oxu.Az xəbər verir ki, 19-cu dəqiqədən etibarən ev sahibi komanda 10 nəfərlə qalıb. Qonaqlar say üstünlüyündən yalnız ikinci hissədə yararlana biliblər.

64-cü dəqiqədə hesabı Coşua Kimmix açıb. 69-cu dəqiqədə Rafael Gerreyro komandasının üstünlüyünü artırıb. 81-ci dəqiqədə isə Lenart Karl Münhen klubunun üçüncü qolunu vurub - 0:3.

Bu oyundan sonra "Borussiya" 3 xalla turnir cədvəlində 18-ci yerdədir. "Bavariya" isə 24 xalla yarışa başçılıq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
oxu.az

1Mənbələr