AZ

Premyer Liqa: “Zirə” “Sumqayıt”ı məğlub etdi

BAKI, 25 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının IX turunun növbəti oyunu “Zirə” və “Sumqayıt” komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksində təşkil olunan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Baş hakim Rauf Cabarovun idarə etdiyi matçda yeganə qolu Brahim Konate vurub. O, 37-ci dəqiqədə adını tabloya yazdırıb.

Bununla da xallarının sayını 16-ya çatdıran “Zirə” ikinci və üçüncü pillələri bölüşən “Qarabağ”la “Araz-Naxçıvan”a çatıb. “Sumqayıt” 14 xalla altıncıdır.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.

Seçilən
117
1
teleqraf.com

2Mənbələr