AZ

U-23 dünya çempionatı: Sərbəst güləşçilərimiz finalda

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

İdman.Biz bildirir ki, bu gün sərbəst güləş üzrə milli komandalarımızın üzvləri xalçaya çıxıb.

70 kq-də çıxış edən Kənan Heybətov kanadalı Koul Koqhilə tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala yüksəlib.

1/4 finalda Heybətov ermənistanlı Davit Marqaryana “tuş”la qalib gələrək yarımfinala çıxıb.

Yarımfinal görüşündə isə güləşçimiz amerikalı Piter Dükə tam üstünlüklə (14:4) qalib gələrək U23 dünya çempionatının finalına yüksəlib.

125 kq-də güləşən idmançımız Xetaq Karsanov ilk olaraq belaruslu Pavel Cyatlava (UWW) tam üstünlüklə (12:2) qalib gələrək 1/4 finala yüksəldi.

Karsanov ¼ finalda türkiyəli Hakan Büyükçınqıla 7:5 hesabıyla qalib gələrək yarımfinala çıxıb.

Yarımfinalda idmançımız amerikalı Daniel Herreraya tam üstünlüklə (12:2) qalib gələrək U23 dünya çempionatının finalına vəsiqə qazanıb.

İdman.Biz

Seçilən
127
idman.biz

1Mənbələr