AZ

Vəkillər Kollegiyasının sədri “Azərbaycan Arbitraj Günləri 2025” beynəlxalq konfransında çıxış edib

Bakı. Trend:

Oktyabrın 25-də Azərbaycan Arbitraj Assosiasiyası və BakıArbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan ArbitrajGünləri 2025” çərçivəsində beynəlxalq konfransın ikinci günükeçirilib.

Bu barədə Trend-əVəkillər Kollegiyasından məlumat verilib.

Konfrans beynəlxalq arbitraj sahəsində mühüm yeniliklərinmüzakirəsinə həsr edilib. Vəkillər Kollegiyasının sədri AnarBağırovun birinci və ikinci gün iştirak etdiyi tədbirlərə 600-dənçox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis,hüquqşünas və dövlət rəsmiləri qatılıb. Eyni zamanda, mərasimdəVəkillər Kollegiyasının çoxsaylı üzvləri, habelə KollegiyanınBiznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova və Komitə üzvlərifəal iştirak ediblər.

Bildirilib ki, beynəlxalq konfransın ilk günündə AzərbaycanArbitraj Assosiasiyasının və Bakı Arbitraj Mərkəzinin sədri KəmaləMehdiyeva, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnamKərimov, ədliyyə naziri Fərid Əhmədov və Avropa İttifaqı Şurasınınkeçmiş prezidenti Şarl Mişel çıxış ediblər.

Konfransın ikinci günündə açılış nitqi ilə çıxış edən VəkillərKollegiyasının sədri Anar Bağırov bildirib ki, müasiriqtisadiyyatın və qlobal ticarətin inkişafı məhkəmə sistemininçevikliyindən və mübahisələrin alternativ həlli mexanizmlərininsəmərəliliyindən birbaşa asılıdır.

Sədr mübahisələrin həlli üçün alternativ yollar arasında məhzarbitrajın xüsusi rola və paya malik olduğunu, onun investorlarayaranacaq mübahisələrini öz seçimlərinə əsasən, istədikləri ölkədə,istədikləri qaydalara uyğun olaraq birdəfəlik həll etmək imkanıverdiyini söyləyib.

Arbitrajla bağlı mütərəqqi hüquqi çərçivənin yaradılması vəinkişafına toxunan Anar Bağırov qeyd edib ki, arbitraj institutununinkişaf etdirmək istəyən hər bir dövlət əvvəlcə daxiliqanunvericiliyini, xüsusilə arbitraj və investisiyaqanunvericiliyini formalaşdırır, əlavə olaraq da konvensiyalar vədigər beynəlxalq alətlər vasitəsilə onun tanınmasını təminedir.

Sədr son illərdə arbitraj sahəsi ilə bağlı Vəkillər Kollegiyasıtərəfindən bir sıra mühüm işlər görüldüyünü, Kollegiyanın nəzdindəbiznes sahəsində ixtisaslaşan vəkilləri özündə birləşdirən BiznesHüququ Komitəsi təsis edildiyini dilə gətirib.

Anar Bağırov nəzərə çatdırıb ki, Vəkillər Kollegiyasınıntəşkilatçılığı ilə arbitraj və alternativ mübahisə həlli üzrə birsıra təlimlər, seminarlar və beynəlxalq əməkdaşlıq layihələrihəyata keçirilir. Kollegiya Azərbaycan vəkillərinin regional vəbeynəlxalq arbitraj mübahisələrinin həllində peşəkar tərəfdaş kimitanınması, ölkəmizin biznes mühitinin daha da inkişafı üçün başdaBakı Arbitraj Mərkəzi olmaqla yerli və beynəlxalq arbitrajmərkəzləri ilə əməkdaşlığı genişləndirməyə, vəkillərin beynəlxalqarbitraj proseslərində təmsilçilik imkanlarını artırmağa xüsusiəhəmiyyət verir.

Tədbir daha sonra konkret mövzular üzrə panel müzakirələrlədavam etdirilib.

Seçilən
80
8
az.trend.az

9Mənbələr