AZ

PSJ səfərdə inamlı qələbə qazandı

Fransa Liqa 1-in IX turu çərçivəsində keçirilən “Brest” – PSJ qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, matç “Fransis-Le Ble” stadionunda (Brest, Fransa) oynanılıb və görüşü baş hakim Jeremi Pinyar idarə edib.

Paris təmsilçisi oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qonaqların müdafiəçisi Əşrəf Hakimi 29-cu dəqiqədə hesabı açıb, 39-cu dəqiqədə isə dublunu rəsmiləşdirib. “Brest” 59-cu dəqiqədə penalti şansı əldə etsə də, Romen Del Kastiyo zərbəni düzgün yerinə yetirə bilməyib. Oyunun 90+6-cı dəqiqəsində Dizer Düe yekun nəticəni müəyyənləşdirib – 0:3.

Bu qələbədən sonra PSJ xallarını 20-yə çatdıraraq turnir cədvəlinin liderliyinə yüksəlib. “Brest” 9 oyundan 9 xal toplayaraq 12-ci pillədə qərarlaşıb. Paris klubundan iki xal azı olan “Marsel” bu gün “Lans”la qarşılaşacaq.

Seçilən
87
90deqiqe.az

1Mənbələr