AZ

''Yuve''nin məşqçisi istefaya göndərilməkdən qorxurmu?

''Yuventus''da işlər qaydasında getmir.

"Football-plus.az" xəbər verir ki, ən son Çempionlar Liqasında səfərdə ''Real''a uduzan Turin nəhənginin qələbəsiz seriyası 7, qol vurmamaq seriyası 3 oyuna yüksəldi.

Son 16 ildə ''Yuve''nin belə uğursuz seriyası olmamışdı. Qarşıdan isə ''Latsio'' ilə prinsipial və çətin səfər oyunu gəlir. İtaliya mətbuatının yazdığına inansaq, bu oyun baş məşqçi İqor Tudor üçün vəziyyəti düzəltmək baxımından son şansdı. Komanda bu oyunda da qalib gələ bilməyəcəyi təqdirdə xorvatiyalı mütəxəssis dərhal istefaya göndəriləcək. Tudor oyunöncəsi mətbuat konfransında təzyiq və qorxu hissi yaşayıb-yaşamadığı barədə suala belə cavab verib:
''Özümü əla hiss edirəm. Bu vəziyyətdə neqativ yox, pozitiv məqamlara köklənməyə çalışıram. ''Real'' ilə oyundan sonra məğlubiyyətə rəğmən özümü çox yaxşı hiss edirəm. Komanda düzgün yoldadı. Oyunçular hazırdılar, motivasiyalıdılar və komanda üçün döyüşmək arzusundadılar. Tam səmimi deyirəm ki, heç bir qorxum və ya buna bənzər bir hissim yoxdu. Mən sadəcə bu anın dadını çıxarmağa çalışıram. Hər zaman əlimdən gələnin ən yaxşısını etdiyini bilirəm''.
Seçilən
62
1
football-plus.az

2Mənbələr