AZ

"Sabah" hakimin şübhəli hakim qərarlarının görüntülərini paylaşdı - VİDEO

"Araz-Naxçıvan" - "Sabah" oyunu mübahisəli hakim qərarı ilə yadda qalıb. 

Fanat.Az xəbər verir ki, Bakı klubu bununla bağlı rəsmi səhifələrində video paylaşıb.

"Bayquşlar" həm bu epizodu, həm də "Sumqayıt"la matçda (1:1) şübhəli şəkildə qeydə alınmamış qolun videosunu "-4" başlığı ilə paylaşaraq, hakimlərin bu oyunlarda komandanın 4 xalını əlindən aldığına işarə edib.

Qeyd edək ki, "Araz-Naxçıvan"la matçın son dəqiqəsində, "Sabah" hesabda 2:1 öndə olduğu zaman oyunun baş hakimi Rəşad Əhmədov qonaqların qapısına cərimə zərbəsi təyin edib. Məhz bu epizoddan sonra hesab bərabərləşib və oyun 2:2 hesablı heç-heçə ilə nəticələnib. 
 

Seçilən
63
fanat.az

1Mənbələr