AZ

Çin prezidenti ilə görüşümüz məhsuldar olacaq - Tramp

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Çin Xalq Respublikasının prezidenti Şi Cinpinqlə görüşümüz məhsuldar olacaq

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Malayziya, Yaponiya və Cənubi Koreyanı əhatə edən 5 günlük Asiya səfəri üçün Ağ Evdən ayrılmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb. O, “Si ilə yaxşı bir görüş keçirəcəyimizi düşünürəm” deyərək, iki ölkə arasında gərginlik yaradan ticarət və gömrük tarifləri, həmçinin Tayvan məsələsinin gündəmin əsas mövzuları olacağını qeyd edib.

“Prezident Şi ilə müzakirə edəcəyimiz çox məsələ var. Onun da bizimlə bölüşəcəyi fikirlər çoxdur. Yaxşı bir görüş olacağına inanıram,” – deyə Tramp bildirib.

Tramp və Şi Cinpinqlə görüşün 30 oktyabrda Cənubi Koreyada keçirilməsi planlaşdırılır. Bu görüş ABŞ və Çin arasında iqtisadi və texnoloji sahədə artan gərginlik fonunda baş tutacaq. Vaşinqton administrasiyası Pekinin yarımkeçirici və süni intellekt sənayelərində atdığı addımları yaxından izləyir.

Tramp həmçinin Kanada ilə ticarət sazişinin ləğvi qərarına da toxunaraq, hazırda Kanada Baş naziri Mark Karni ilə görüş planlaşdırmadığını bildirib. O, Kanadanın “qeyri-ədalətli oyun oynadığını” iddia edib.

Seçilən
99
turkic.world

1Mənbələr