AZ

Müəllimlərin əməkhaqqının iş saatına uyğunlaşdırılmasının şagirdlərə təsiri olacaq?VİDEO

Müəllimlərin əməkhaqqısı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.

Bunu Elm və Təhsil nazirinin müavini İdris İsayev ötən gün Milli Məclisdə "Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavini bildirib ki, Növbəti mərhələdə müəllimlərin əməkhaqqılarıın artmasının başqa yollarını düşünülür və təkliflər təqdim ediləcək.

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, təklif olunan qanun layihəsi təsdiqlənərsə, müəllim peşəsi vəzifəyə çevriləcək.

O, qeyd edib ki, əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşəcəksə, müəllimə müəyyən miqdarda minimum əməkhaqqı veriləcək.

Ekspert əlavə edib ki, müəllim gün ərzində 8 saat məktəbdə olarsa, boş qaldığı müddətdə sinfində zəif olan şagirdlərə əlavə dəstək ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
72
xezerxeber.az

1Mənbələr