"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının IX turundakı "Sumqayıt"la matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə 1:0 hesablı qələbəni dəyərləndirib:

"Oyuna çox yaxşı başladıq. İlk hissə böyük üstünlüyümüzlə keçdi. Fasilədən sonra bəlli idi ki, rəqib daha çox üstümüzə gələcək. Oyunçularım yaranan boşluqlardan istifadə edərək fərqi artırmalı idi. Çox vacib 3 xal qazandıq".

R. Sadıqov görüşün baş hakimi Rauf Cabarovdan narazı qalmadığını da bildirib:

"İlk oyun idi ki, hər şey normal idi. Narazıçılıq olmadı".

O, növbəti turda da qapını Aydın Bayramovun qoruyacağını söyləyib: