AZ

NBA matçında qəribə insident

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 25-də Şimali Amerika Milli Basketbol Assosiasiyasının (NBA) 2025/2026 müntəzəm mövsümü çərçivəsində "Bruklin Nets" və "Klivlend Kavalyers" arasında növbəti matç keçirilib.

Oxu.Az xəbər verir ki, matçın ortalarında qəribə insident baş verib: naməlum azarkeş meydana çıxaraq "Klivlend"in müdafiəçisi və lideri Donovan Mitçellə söhbət etməyə və onunla şəkil çəkdirməyə cəhd edib. Azarkeş təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən dərhal meydandan çıxarılıb.

Oyun 131:124 hesabı ilə qonaq komanda "Klivlend Kavalyers"in lehinə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
oxu.az

1Mənbələr