Ukraynalı hərbi ekspert və keçmiş Prezident Ofisi müşaviri Aleksiy Arestoviç Azərbaycanın 2020-ci ildə Şuşanı azad etməsini müasir hərb tarixinin ən qeyri-adi və yüksək peşəkar əməliyyatlarından biri kimi qiymətləndirib.
Musavat.com xəbər verir ki, Arestoviçin sözlərinə görə, Azərbaycan Ordusu Şuşa istiqamətində tank, ağır artilleriya və aviasiyadan minimal istifadə edərək əməliyyatın əsas yükünü piyada bölmələrinin üzərinə qoyub.
“Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatı çiyinlərində daşıyaraq, duman və pis hava şəraitində dağları yara-yara geri aldı. Şəhəri nə pilotsuz uçuş aparatlarının, nə tankların, nə də artilleriyanın dəstəyi olmadan - yalnız inad, iradə və piyada gücü ilə azad etdilər”, - deyə ekspert bildirib.
Arestoviç əlavə edib ki, Şuşa əməliyyatı döyüş motivasiyasının, sürətli qərarvermənin və yüksək hazırlığın sintezinin bariz nümunəsidir:
Ekspert vurğulayıb ki, Azərbaycan Ordusunun Şuşa əməliyyatı hərb akademiyalarında ayrıca tədris mövzusu kimi öyrənilməlidir, çünki ərazinin relyefi hücuma yox, yalnız müdafiəyə əlverişli idi. Əməliyyat yüksək səviyyədə koordinasiya və səssizlik tələb etmiş, əsas güc isə insan faktoru və hərbi döyüş ruhu olmuşdur.
Musavat.com