AZ

Alimlər skuterlərin uşaqlara təhlükə yaratması barədə xəbərdarlıq ediblər

BAKI, 25 oktyabr. TELEQRAF

Amerika xəstəxanaları elektrikli skuterlər, e-velosipedlər və digər mobil vasitələrdən istifadə edən uşaqlar arasında ciddi xəsarətlərin artdığını qeyd edir. Bəzi hallarda bu ölümlə nəticələnir. Alimlər bu nəqliyyat növünün təhlükələri barədə valideynlərə xəbərdarlıq ediblər.

Teleqraf xəbər verir ki, bu barədə araşdırma "JAMA Surgery" jurnalında dərc olunub.

Pensilvaniya Universiteti Xəstəxanasının uşaq travmatologiyası bölməsinin direktoru Brianna Emr deyib ki, elektrikli skuter və e-velosiped sürən uşaqlar arasında ağır xəsarətlərin həyəcanverici artımını müşahidə olunur: "Valideynlər uşaqlarının onlara minməsinə icazə verməzdən əvvəl riskləri anlamaları vacibdir".

Mütəxəssisin sözlərinə görə, ən təhlükəli hadisələr uşağın avtomobil vurması zamanı baş verir - daha çox məktəbə gedərkən, səkidə və ya yolun hərəkət hissəsində.

"Bir çox insanlar qulaqcıqla maşın sürür, bəziləri mesaj yazır, diqqətləri dağılır və bu on saniyəlik diqqətsizlikdə avtomobili görməyə vaxtları olmur",- deyə Emr izah etdi.

“Uşaqlar əvvəllər yalnız motosiklet qəzalarından sonra gördüyümüz xəsarətlər alırlar”, - deyə həkim yekunlaşdırıb.

Xatırladaq ki, Amerika Pediatriya Akademiyası 16 yaşdan kiçik uşaqlara elektrikli skuter sürməyə icazə verməməyi tövsiyə edir.

Seçilən
93
teleqraf.com

1Mənbələr