İngiltərə Premyer Liqasının IX turu çərçivəsində “Mançester Yunayted” öz meydanında “Brayton”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, görüş “Old Trafford” stadionunda baş tutub.
"Mankunians"ların qollarını 24-cü dəqiqədə Mateus Kunya, 34-cü dəqiqədə Kazemiro və 61-ci dəqiqədə Brayan Mbemo vurub. Meydan sahiblərinin qələbəsini 90+7-ci dəqiqədə Mbemo dublla tamamlayıb. “Brayton”un qollarını 74-cü dəqiqədə Deni Uelbek və 90+2-ci dəqiqədə Xarlampos Kostulas vurub.
Bu nəticədən sonra “Mançester Yunayted” 16 xalla Premyer Liqa cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Brayton end Hov Albion” isə 12 xalla 12-ci sıradadır.
Növbəti turda “Qırmızı şeytanlar” noyabrın 1-də səfərdə “Nottinqhem Forest”in, “Brayton” isə evdə “Lids Yunayted”in qonağı olacaq.