Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" bu gün "Slaven"ə qarşı Xorvatiya çempionatının 11-ci tur oyununa çıxıb. 

Offsideplus.az xəbər verir ki, görüş rəqibin 1:3 hesablı qələbəsi ilə başa çatıb.

Matça 16-cı dəqiqədə daxil olan R. Abdullazadə 35-ci dəqiqədə komandasının yeganə qolunun assistini edib. Qolu isə Luka Mamiç vurub. 

R.Abdullazadə meydanı 75-ci dəqiqədə tərk edib.