Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında Fəzail Ağamalı və övladları arasında gərginlik yaşanıb.
Qalmaqala səbəb Günay Ağamalı ilə Elçin Ağamalının partiya sədrliyi postu uğrunda mübarizəsi və Fəzail Ağamalının qızını dəstəkləməsidir.
F. Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb.
Günün qəhrəmanı, AVP-nin təşkilatı məsələlər üzrə sədr müavini Elçin Ağamalı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıb: