AZ

Kürdəmirdə ölümlə nəticələnən qəzada yaralanan şəxslərin vəziyyəti açıqlanıb

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bu gün saat 19:30-da Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 3 nəfər (2-si kişi 1-i qadın olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub".Bu barədə Demokrat.az-a TƏBİB-dən bildirilib.Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.Qeyd edək ki, bir ailənin üç üzvü - Səmiyə Hüseynova, sürücü İlkin Hüseynov və Yusif Hüseynov xəsarət alıb, Vüsalə Hüseynova və oğlu Uğur Hüseynov isə həlak olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
demokrat.az

1Mənbələr