Bu gün Ana Vətən Partiyasının (AVP) növbəti qurultayı keçirilib.
Fəzail Ağamalının oğlu Elçin Ağamalı atasının istefa verdiyini, qızı deputat Günay Ağamalı isə bunun yanlış olduğunu bildirən ziddiyyətli açıqlamalar veriblər.
Qurultayda AVP-nin sədri Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal hətta əlbəyaxa dava həddinə çatıb.
Oxu.Az qurultayda Fəzail Ağamalının istefa verdiyini açıqladığı görüntüləri əldə edib: