Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Moskvadakı Prokşino yaşayış kompleksində baş verən kütləvi davada iştirak edən xarici vətəndaşlar Rusiya qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk açıqlayıb.
O bildirib ki, əcnəbilərin cinayət məsuliyyətinə cəlb edilməsi və ya deportasiyası, sonradan yenidən girişinə qadağa qoyulması məsələsi nəzərdən keçirilir. "Həbs cəzası verilməyən xarici vətəndaşlar ölkəmizdən deportasiya ediləcək və sonradan müəyyən edilmiş qaydada ölkəyə girişinə icazə verilməyəcək", - deyə Volk "Telegram"da yazıb.
Daha əvvəl internetdə Kommunarkadakı Prokşino yaşayış kompleksinin yaxınlığında xarici işçilərin iştirak etdiyi kütləvi davanın videosu yayılıb. Onlar bir-birlərinə kürək, dəyənək və hətta yol nişanları ilə zərbələr endiriblər.
Kütləvi xuliqanlıqla bağlı cinayət işi açılıb və təxminən 40 nəfər saxlanılıb. Rusiya paytaxtındakı hüquq-mühafizə orqanları hadisənin bütün hallarını araşdırır. Dava zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilib, lakin səbəb hələ də məlum deyil.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.