AZ

AVP-də xaos: siyasi əmlakla bağlı vərəsələr üz-üzə gəldi

Bu gün Ana Vətən Partiyasının qurultayında Fəzail Ağamalı və övladları arasında gərginlik yaşanıb.

Qalmaqala səbəb Günay Ağamalı ilə Elçin Ağamalının partiya sədrliyi postu uğrunda mübarizəsi və Fəzail Ağamalının qızını dəstəkləməsidir.

F. Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb.

Günün qəhrəmanı, AVP-nin təşkilati məsələlər üzrə sədr müavini Elçin Ağamalı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıb:

“Təşkilati məsələlər üzrə sədr müavini olmağıma baxmayaraq, qurultayın hazırlanması və gedişatı prosesində iştirak etməmişəm. Fəzail müəllim deyir ki, istefa verməyib, ancaq videogörüntülərdən də aydın görünür ki, Fəzail müəllim qurultayda açıq şəkildə istefasını elan edib vəuzun illər onunla birgə fəaliyyət göstərənlərə təşəkkürünü də çatdırıb”.

Onun sözlərinə görə, proseslərin xaotik vəziyyət alması namizədlərin irəli sürülməsindən sonra başladı:

Seçilən
149
aznews.az

1Mənbələr