Əfsanəvi basketbolçu Şakil O’Nilin təxminən 180.000 dollar dəyərində olan yeni “Range Rover” avtomobili daşınarkən oğurlanıb.
Publika.az xəbər verir ki, bu barədə “TMZ Sports” məlumat yayıb.
Bildirilir ki, avtomobilin oturacağı basketbolçunun 2,16 metr boyuna uyğunlaşdırılması üçün xüsusi olaraq dəyişdirildikdən sonra oğurlanıb.
“TMZ Sports” daha sonra aydınlaşdırıb ki, Lampkin bölgəsinin (Corciya ştatı) Şerif Ofisi avtomobilin oğurlanması faktını təsdiqləyib və deyib: “İlkin məlumatlara görə, naməlum şəxs və ya şirkət saxta bəhanələrlə avtomobili ələ keçirmiş ola bilər”.
 
                        