AZ

Ukraynanın Lvov şəhəri qəza səbəbindən susuz qalıb

Ajans.az xəbər verir ki, bu barədə şəhər merinin birinci müavini Andrey Moskalenko "Facebook" hesabında yazıb. O qeyd edib ki, qəza köhnə borular səbəbindən baş verib. Moskalenko vurğulayıb ki, köhnəlmiş boruların hamısının dəyişdirilməsi üçün 10 milyard qrivna (238,7 milyon dollar) tələb olunur ki, bu da şəhər büdcəsində nəzərdə tutulmayıb. Şəhər su idarəsinin məlumatına görə, bu, son onillikdə baş verən ən böyük qəzadır. Əvvəlcə Domajir kəndində 600 mm diametrli əsas su kəməri zədələnib və Lvov yaxınlığındakı 13 kənd, eləcə də vilayət mərkəzində bir neçə küçə susuz qalıb. Təmirdən sonra bəzi kəndlər su ilə təmin olunsa da, daha bir neçə qəza baş verib.
Seçilən
106
Ajans.az

1Mənbələr