AZ

Pentaqon Venesuela yaxınlığına hava zərbə qrupu göndərdi

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AzVision.az xəbər verir ki, bu, müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnellin X hesabında yaydığı açıqlamada əksini tapıb. Bildirilir ki, bu qüvvələr bölgədə narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq üçün yerləşdiriləcək: "Prezidentin transmilli cinayətkar təşkilatları ləğv etmək və vətəni müdafiə etmək üçün narkoterrorizmlə mübarizə aparmaq göstərişini dəstəkləmək məqsədilə müdafiə naziri Pit Heqset USS Gerald R. Ford təyyarədaşıyan zərbə qrupu və onun hava qanadını ABŞ Cənub Komandanlığının məsuliyyət zonasına göndərib". Sənəddə bildirilir ki, bu qüvvələrə narkotik qaçaqmalçılığının "izlənməsi və qarşısının alınması", eləcə də ABŞ təhlükəsizliyini təhdid edən fəaliyyətlərə imkan verilməməsi həvalə olunacaq. Qeyd edək ki, Donald Tramp administrasiyası Venesuela prezidenti Nikolas Maduronun narkotik ticarəti ilə məşğul olan kartelə rəhbərlikj etdiyini bəyan edir. Artıq 2 aydır ki, ABŞ hərbi qüvvələri Karib dənizinin cənub hövzəsində Venesuelanı faktiki blokada vəziyyətində saxlayır. Bu həftə Tramp Venesuela ərazisində quru əməliyyatlarına da başlayacaqlarını elan edib. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
azvision.az

3Mənbələr